Samir Abasovun narahatlığı... 1 aylıq HESABAT

28 Oktyabr 2022 14:00 Sumqayıt 813
Samir Abasovun narahatlığı... 1 aylıq HESABAT

Samir Abasovun "Sumqayıt"a təyinatından təxminən 1 ay vaxt keçir.

Arxada qalan müddətdə komanda hələ də qələbə üzünə həsrətdir. Bir oyunda bərabərlik qeydə alınıbsa, digər 3 oyunda Abasov məğlubiyyətə üzülüb.

Gənc mütəxəssisi üzən təkcə məğlubiyyətlər deyil. Ondan da betər dərd heyətdəki futbolçularla hər gün üz-üzə gəlməkdir.

O, heç də işləməkdən bezən adam deyil. Bütün məşqi danışsın, bir tapşırığı bir neçə dəfə versin, heç yorulmaz.

Sadəcə indiki halda əksəriyyət məşqlərdə onun tapşırıqlarını, fəlsəfəsini tam dərk edə bilmir. Belədə həmin istəklərin oyunlarda icrası müşkülə çevrilir.

Öz istədiyi futbolçuları bura gətirmək isə hazırda faktiki mümkünsüzdür. Ən yaxşı halda qışı gözləmək lazımdır.

Qışa isə iki ay var. Elə Abasovu ən çox da tıncıxdıran, sınıxdıran budur. Hələ daha iki ay nəticəsiz məşqlərə davam etməlidir.

Bəyənmədiyi tiplərə məşq keçməlidir. Buna isə böyük iradə və səbr lazımdır. Olmasa da Abasov tapmalıdır. Ki, qışa kimi başqa çarəsi yoxdur.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti