Daha bir legioner Azərbaycan klubundan ayrılmaq ərəfəsində

26 Oktyabr 2022 17:40 Sumqayıt 1 708
Daha bir legioner Azərbaycan klubundan ayrılmaq ərəfəsində

Serbiya U-21 millisinin sabiq müdafiəçisi Damian Daniçiçin dekabrda ölkəsinə qayıtması gözlənilir.

Yayda Mahir Emrelinin də şərəfini qoruduğu Zaqreb “Dinamo”sundan gələn 22 yaşlı cinah oyunçusu Samir Abasovun yeni illə planlarında yer almır.

Baş məşqçi dəyişikliyindən sonra əsas heyətdəki yerini itirən balkanlı legioner də ölkəmizdən ayrılmağa etiraz etmir.

"Srvena Zvezda"nın yetirməsi olan Daniçiç karyerası ərzində yerli "Qrafiçar", "Vozdovats", Xorvatiyada "İstra" və "Varazdin"in formasını geyinib.

“Kimyaçılar” onunla 3 illik müqavilə imzalayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti