«Sumqayıt»ın baş məşqçisi Samir Abasov ayağından zədə alıb.
Kuryoz hadisə Premyer Liqanın 11-ci turuna təsadüf edən «Zirə» ilə qarşılaşmadan sonra yaşanıb.
Belə ki, sabiq komandasına 0:2 hesablı məğlubiyyətdən əsəbiləşən çalışdırıcı hirsini paltardəyişmə otağının qapısından çıxıb.
Giriş qapısını zərblə çırpan Abasov daha sonra futbolçuları möhkəm danlayıb.
O, klub rəhbərliyinin kollektivə normal şərait yaratdığını, buna rəğmən, etimadı doğrultmadıqlarını oyunçuların diqqətinə çatdırıb.
SPORTİNFO.AZ

