«Sumqayıt»da məşqçi ayrılığı olub.
Bu ilin yayında Aleksey Baqanın köməkçiləri sırasına qoşulan Qoran Başiç Azərbaycanı tərk edib.
Serbiyalı mütəxəssis komandanın fiziki hazırlığına məsuliyyət daşıyırdı.
Samir Abasov 38 yaşlı yardımçının işindən razı qalmadığından, onunla birillik müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Başiç karyerası ərzində “Voyvodina” (Serbiya), “Buriram Yunayted” (Tayland) və Serbiyanın U-18 millisində çalışıb.
SPORTİNFO.AZ

