“Sumqayıt” Premyer Liqada 70-ci ev məğlubiyyətini alıb.
Sportinfo.az xəbər verir ki, “Gənclik şəhəri” təmsilçisi Premyer Liqanın XI turunun “Zirə” ilə görüşündə iki cavabsız qol buraxıb.
Komanda öz meydanındakı 169-cu qarşılaşmada 70-ci dəfə xalsız qalıb. Sumqayıtlılar evdə 70 və daha çox oyunda uduzan 5-ci komanda olub.
“Sumqayıt” ilk ev yenilgisini 2011-ci il avqustun 14-də “Qəbələ”dən alıb – 1:2.

