Sumqayıt şəhər stadionu noyabrın 1-də istifadəyə veriləcək.
Hazırda arenada son tamamlama işləri gedir.
«Sumqayıt»ın yeni ildən sonra ev oyunlarını burada – illər öncə öncə tərk etdiyi məkanda
keçirməsi gözlənilir. «Kimyaçılar» yerli İcra Hakimiyyətinin dəstəyi ilə tikilən arenaya köçmək üçün qarşı tərəflə danışıqları demək olar başa çatdırıb.
«Gənclik şəhəri» təmsilçisi stadionun saxlanılmasına hərtərəfli dəstək olacaq. Oyunların təşkilinə görə icarəhaqqı ödəniləcək.
SPORTİNFO.AZ

