Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.
Sportinfo.az xəbər verir ki, “Sumqayıt”la “Zirə” qarşılaşıb.
Sumqayıtda keçirilən oyun qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
“Qartallar”ın heyətində 15-ci dəqiqədə Rəhim Sadıxov, 73-cü dəqiqədə isə Sertan Taşkın fərqlənib.
Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran “Zirə” 4-cü pilləyə yüksəlib. “Sumqayıt” isə 4 xalla 9-cudur.

