Üç ildən sonra Azərbaycana qayıdan Riçard Qadze yenidən Premyer Liqada çıxış etməyə çox yaxındır.
Son olaraq Banqladeşdə - “Şeyx Rassul“da forma geyinmiş hücumçu “Sumqayıt“ın düşərgəsində yer alıb.
Qanalı hücumçu müqavilə imzalamaq üçün münasib şərt irəli sürüb. Afrikalı forvard aylıq cəmi 2000 dollar qarşılığında 10 aylıq müqaviləyə imza atmağa hazırdır.
Vaxtilə ölkəmizdə “Zirə“nin formasını geyinmiş 29 yaşlı Qadze axır 6 ayda klubsuz qalıb və azad agent statusu daşıyır.
SPORTİNFO.AZ

