“Qarabağ”ın qapısına yol tapmaq gözəl hisdir” – Böyük şəhərin qol ümidi

20 Oktyabr 2022 16:40 Sumqayıt 1 355
“Qarabağ”ın qapısına yol tapmaq gözəl hisdir” – Böyük şəhərin qol ümidi

Samir Abasovun baş məşqçi postuna gətirilməsi də hələ ki, “Sumqayıt”ın dərdinə dərman deyil.

“Kimyaçılar” bu məşqçinin rəhbərliyi altında meydana çıxdığı 3 oyundan cəmi 1 xalla ayrılıb.

Sumqayıtlılar cari mövsümdə meydana çıxdığı 10 oyunda rəqib qapılarından cəmi 2 top keçirib ki, hər 2 halda komandanın “vuran ayağı” Almir Aqanspahiç fərqlənib.

Bosniya və Hersoqovinadan olan forvard Sportinfo.az-a açıqlamasında “Qarabağ”a məğlub olduqları son qarşılaşma (1:3) və öz çıxışı haqda danışıb:

“Oyun bizim üçün çətin oldu. Ölkənin ən yaxşı klubuna qarşı çıxış edirdik. Bura qol vurmağa gəlmişəm, əsas işim də qol vurmaqdır. Azərbaycanın ən yaxşı klubunun qapısına yol tapmaq çox gözəl hisdir.

Hər oyunda əlimdən gələni edəcəyəm. Komandanın qələbələri sıralaması üçün öz qollarımla töhfə vermək istəyirəm.

Təəssüf ki, “Qarabağ”la matçda istədiyimizi ala bilmədik. Nə çatmadı, bunu mən deyə bilmərəm. Növbəti oyuna ciddi hazırlaşırıq. Artıq qələbə qazanıb azarkeşlərimizi sevindirmək vaxtıdır”.

26 yaşlı Aqanspahiç 17 yaşında debüt etdiyi peşəkar karyerasında “Sarayevo”, “Osiyek”, “Raufoss”, “Mladost”, “Krupa na Vbrasu”, “Çelik”, “Novi Pazar”, “Çukariçki” komandalarının şərəfini qoruyub.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti