“Sumqayıt“ baxışa yeni legioner çağırıb.
Bu barədə Sportinfo.az-a klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov bildirib.
O, son olaraq Banqladeşdə - “Şeyx Rassulda çıxış etmiş Riçard Qadzenin hazırda düşərgədə olduğunu açıqlayıb.
Press-ateşe deyib ki, qanalı hücumçu ilə danışıqlar uğurla başa çatarsa, tezliklə müqavilə imzalanacaq.
Afrikalı forvard Azərbaycan futboluna tanış simadır. Müxtəlif vaxtlarda iki dəfə “Zirə“nin formasını geyinib.
“Kimyaçılar“ın baş məşqçisi Samir Abasov da onu elə qəsəbə klubundan tanyır.

