5-i getsin, 3-ü gəlsin – Yeni baş məşqçinin legioner planı

18 Oktyabr 2022 15:00 Sumqayıt 1 355
5-i getsin, 3-ü gəlsin – Yeni baş məşqçinin legioner planı

«Sumqayıt»ın baş məşqçisi Samir Abasov yayda transfer olunan legionerlərin minimum 5 nəfərini qış fasiləsində düşərgədən göndərmək niyyətindədir.

Köhnə-yeni komandasıyla Premyer Liqada 3 oyuna çıxan çalışdırıcı bununla bağlı fikirlərini funksionerlərlə söhbətində dilə gətirib.

O, Aleksey Baqanın təşəbbüsü ilə müqavilə imzalanan əksər əcnəbi futbolçuların səviyyəsinin qaneedici olmadığını söyləyib.

Sumqayıtlı mütəxəssis 2 ay sonra yola salınacaq oyunçuların yerinə qış fasiləsində 3 yeni legionerin alınmasını istəyib.

SPORTİNO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti