«Sumqayıt»ın yarımmüdafiəçisi Vüsal İskəndərli Türkiyədən yeni təklif alıb.
TFF I Liqada mübarizə aparan 2 klub millimizin sabiq üzvü ilə danışıqlar aparır.
Ötən mövsümü «Ankara Keçirörengücü»də keçirmiş vinger qardaş ölkəyə qayıtmağa həvəslidir. Şərtlər üst-üstə düşsə, «kimyaçılar» onun geriyə dönməsinə şərait yaradacaq.
Hər halda tərəflər arasında belə bir anlaşma var.
Öncədən əldə olunan razılaşmaya əsasən, «gənclik şəhəri» təmsilçisi Vüsala ölkə xaricindən sərfəli dəvət gələcəyi təqdirdə, ona azad agent statusu verəcək.
O, «Sumqayıt»ın ən ödənişli yerli futbolçusudur. Aylıq əməkhaqqısı 8500 manat təşkil edir. Baş məşqçi Samir Abasov da bu ayrılığın əleyhinə deyil.
SPORTİNFO.AZ

