"Sumqayıt"ın yeni baş məşqçisi Samir Abasovun xidmətində maraqlı olmadığı növbəti legionerin kimliyi müəyyənləşib.
Toqolu hücumçu Ture Ouro-Nil və qvineyalı yarımmüdafiəçi Alya Tureni sərəncamında görmək istəməyən çalışdırıcı Rifat Nurməhəmmədi də"gözdən çıxarıb".
Yayda "kimyaçılar"la 1+1 illik müqavilə imzalayan qazaxıstanlı yarımmüdafiəçi Samir Abasovun gələcək planlarında yer almır. Son olaraq,
ölkəsində "Maktaaral"ın formasını geyinən 26 yaşlı legionerlə anlaşmaya qarşılıqlı razılaşma əsasında xitam verilməsi nəzərdə tutulur.
SPORTİNFO.AZ

