Məşhur iş adamının oğlu "Neftçi"nin prezidenti olmaq istəyirmi?

13 Oktyabr 2022 13:20 Sumqayıt 2 313
Məşhur iş adamının oğlu "Neftçi"nin prezidenti olmaq istəyirmi?

"Belə bir şey düşünməmişəm".

Sportinfo.az xəbər verir ki, bunu "report"a müsahibəsində "Sumqayıt"ın prezidenti Riad Rəfiyev "Neftçi"nin rəhbəri olmaq istəməsi barədə suala cavab verərkən deyib.

Funksioner bildirib ki, "gənclik şəhəri" təmsilçisində onu hər şey qane edir:

"Atam Razim Rəfiyev nəvaxtsa bu klubun rəhbəri olubsa, o demək deyil ki, mən də mütləq orada işləməliyəm.

“Sumqayıt”da həyata keçirdiyimiz layihələr olub, uğurlar qazanmışıq, yeni planlarımız, gözəl komandamız, bazamız, yeni stadionumuz var.

Biz böyük şəhərin tək komandasıyıq. Başqa heç bir şey haqqında düşünmürəm".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti