Samir Abasovun işini çətin salan nə(lər)dir?

12 Oktyabr 2022 22:20 Sumqayıt 1 182
Samir Abasovun işini çətin salan nə(lər)dir?

Samir Abasovun "Sumqayıt"a gəlişi yeni ümidlərə yol açdı.

O ümidlər indi də var. Və yəqin ki, hələ bir müddət də davam edəcək.

Amma gənc mütəxəssis arxada qalan iki oyunda gözləniləni vermir/ verə bilmir.

Əslində onun təyinatı yaxşı vaxta düşdüyü kimi, oyun təqvimi də yaxşı starta fürsət verirdi.

Yaranmış fasilədə keçidi rəsmiləşən çalışdırıcının təxminən 10 gün hazırlıq keçmək imkanı oldu. Ardınca isə kollektivi iki münasib rəqiblə - "Kəpəz" və "Səbail"lə oyunlar gözləyirdi.

"Səbail"ə məğlub olan Abasovun komandası "Kəpəz"lə oyunda da məğlubiyyətə çox yaxın oldu. Əgər qapıçı Aydın Bayramovun seyvləri və dəf etdiyi penalti olmasaydı.

Sələfi Aleksey Baqadan qalan "qol orucu" isə iki oyunda da davam etdi.

Düzdü, hiss olunur ki, Samir bəy bəlli sistem otuzdurur. Müəyyən ümid elementləri var. Məsələn, Baqada o da yox idi. Yəni ehtimal etmək olar ki, 5 turdan sonra daha yaxşı "Sumqayıt" görə bilərik.

Amma problem odur ki, həmin daha yaxşı "Sumqayıt" da indiki mövqeyindən çox da yuxarıda olmayacaq. Bir pillə yuxarı ola-olmaya.

Amma sirr deyil ki, məqsəd heç olmasa bundan sonra ilk altılığa düşməkdir.

İlk baxışdan heyət fərdlər üzərindən müqayisədə pis görünmür. Amma arxada qalan iki oyun əyani göstərdi ki, problemlər gözləniləndən, ehtimal ediləndən dərindir.

Kollektiv faydasız futbolçular çoxdur. Sadəcə say düzəltməyə xidmət edirlər. Bəziləri isə pis futbolçu olmasalar da yeni məşqçinin oyun sisteminə, tələblərinə cavab verə bilmirlər. Gün kimi aydın görünür ki, Abasov onların məcburiyyətdən oynadır.

Çarə qışda köklü dəyişikliyə gedilməsidir. Lakinin bu variant mümkün görünmür. Büdcə imkan vermir. Ən azından say düzəldənlər göndərilib, əvəzində Abasovun zövqünə, sisteminə uyğun bir neçə oyunçu heyətə mütləq əlavə edilməlidir.

Bu mövsüm onsuz da boşa verilib. Ən azı növbəti sezonun təməlini qurmaq üçün bu vacibdir. Əks halda yaxş məşqçinin müdaxiləsi nisbətən yaxşı "Sumqayıt" görməkdən o tərəfə keçməyəcək.

XANOĞLAN İMANOV

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti