«Sumqayıt»ın baş məşqçisi Samir Abasov yenilik tətbiq edib.
Sükan arxasında Aleksey Baqanı əvəzləyən mütəxəssis komandanı hamıdan «gizlətməyə» başlayıb.
O, gündəlik məşq prosesinin qapalı keçirilməsini qərara alıb.
Bu məqsədlə hazırlıq prosesi zamanı stadiona kənar şəxslərin buraxılması qadağan olunub. Hətta Abasov klubun sıravi işçilərinin tribunada əyləşərək məşqi izləməsinə də icazə vermir.
SPORTİNFO.AZ

