Vaxtilə "Şəmkir" bu hadisə ilə üzləşmişdi, indi də "Sumqayıt"

11 Oktyabr 2022 02:50 Sumqayıt 1 063
Vaxtilə "Şəmkir" bu hadisə ilə üzləşmişdi, indi də "Sumqayıt"

“Sumqayıt” Premyer Liqanın I dövrəsində ən az qol vuran komanda olub.

Sportinfo.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi 9 oyunda yalnız bir dəfə fərqlənib.

Bu, Azərbaycan çempionatlarının 30 illik tarixində müvafiq dövr üçün ən aşağı göstəricidir. Sumqayıtlılar 1996/97 mövsümündə qeydə alınan antirekordu təkrarlayıb.

26 il əvvəl “Şəmkir” 9 matçda cəmi 1 qol vurub. Həmin vaxt 9 görüşdə xal da qazanmayan qərblilər texniki məğlubiyyəti top fərqində nəzərə almasaq 44 qol buraxıb.

4 xala malik “Sumqayıt” 11 dəfə topu qapısında görüb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti