Dörd illik aradan sonra «Sumqayıt»a dönən Samir Abasovun müqavilə şərtləri arasında maraqlı bənd yer alıb.
Mayda «Neftçi»dən ayrılmış mütəxəssis yenidən «kimyaçılar»ı çalışdırmaq üçün üzərinə xüsusi öhdəlik götürüb.
Bu da klub və komanda haqda mətbuata sərt fikirlər söyləməməklə bağlıdır.
Belə ki, o, mediaya açıqlamalarında bu mövzuya diqqətli yanaşmalı, hər problemi ictimailəşdirməməlidir. Əksi olarsa, kontrakta birtərəfli qaydada xitam veriləcək, üstəlik, təzminat ödənilməyəcək.
«Sumqayıt»lı rəsmilərin müqaviləyə belə bir bənd salması başadüşüləndir. Ortada «Neftçi» təcrübəsi var - Samir Abasov «ağ-qaralar»ı çalışdırdığı 2 ilə yaxın müddətdə dəfələrlə funksionerlərin ünvanına tənqidi fikirlər səsləndirib,
KİV vasitəsilə onlara sərt mesajlar göndərib, tənqidlər yağdırıb. Və «gənclik şəhəri» təmsilçisinin yönəticiləri bakılı həmkarlarının üzləşdjiyi problemlə qarşılaşmaq istəmədiyindən, belə qabaqlayıcı tədbir alıb. Düz qərar da budur elə.
SPORTİNFO.AZ

