“Samir Abasov “Sumqayıt”ın dərdinə dərman olacaqmı? Vaxt göstərəcək“.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Sumqayıt“ın əsas komandasının sabiq məşqçisi Mehman Yunusov deyib.
Həm Ayxan Abbasovun, həm Aleksey Baqanın köməkçisi işləmiş, Samir Abasovun gəlişindən sonra əvəzedici heyətdə çalışmağa başlayan mütəxəssis baş məşqçi dəyişikliyinin kollektivə mümkün təsirindən danışıb:
“Hadisələri qabaqlayıb nəsə demək çətindir. Əlbəttə, məşqçidən də çox şey asılıdır.
Samir Abasov komandada işləyib, yerli mühitlə tanışdır. Bəlkə də qışdan sonra yeni futbolçular olacaq, oyun planında dəyişiklik ediləcək.
Amma indiki halda komandalanı gücləndirmək mümkün deyil“.

