Azərbaycan klubu yeni anlaşdığı legionerlə yollarını ayırdı

9 Oktyabr 2022 17:40 Sumqayıt 1 670
Azərbaycan klubu yeni anlaşdığı legionerlə yollarını ayırdı

“Sumqayıt” yayda müqavilə bağladığı legionerlərdən biri ilə artıq yolun sonuna gəlib.

"Gənclik şəhəri" təmsilçisi 1+1 illik müqavilə imzaladığı Ouro-Nil Ture ilə vidalaşıb.

Braziliyanın aşağı liqa təmsilçiləri – “Rolandia”, “Atletiko Asisense” və “PSTC” klublarında çıxış etmiş hücumçuyla sözləşməyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

“70” nömrəli formada çıxış edən 23 yaşlı toqolu tez-tez zədələndiyi və əsas heyətə düşə bilmədiyi üçün “Sumqayıt“dan ayrılmağı qərara alıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti