Premyer Liqa klubu "Başakşehir"dən icarəyə götürdüyü legionerdən pis xəbər aldı

8 Oktyabr 2022 10:40 Sumqayıt 1 965
Premyer Liqa klubu "Başakşehir"dən icarəyə götürdüyü legionerdən pis xəbər aldı

«Sumqayıt»ın legioneri Alya Ture üçün cari ili artıq başa çatmış saymaq olar.

Qvineyalı yarımmüdafiəçi dizindən zədə alıb və minimum 2-2,5 ay yaşıl meydanlardan uzaq qalacaq.

Həkimlər afrikalı oyunçunun əməliyyat olunmasını vacib sayır. Bu da o deməkdir ki, Ture gələn ilin yanvarından tez sıraya dönməyəcək.

"Gənclik şəhəri" təmsilçisi onu yayda Türkiyə Super Liqasında çıxış edən "Başakşehir"dən 1 illik icarəyə götürüb.

20 yaşlı vinger daha əvvəl Qvineyanın "Sekvens", Türkiyənin "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib.

O, həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət millisinə də dəvət alıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə