"Ayntraxt"ın sabiq meneceri Azərbaycanda istəyinə çatmadı

7 Oktyabr 2022 16:00 Sumqayıt 937
"Ayntraxt"ın sabiq meneceri Azərbaycanda istəyinə çatmadı

"Sumqayıt" Futbol Akademiyasının direktoru Hakan Sünal "Pro" kateqoriyası ala bilməyib.

Bir neçə ildir ölkəmizdə çalışan almaniyalı funksioner AFFA-nın keçirdiyi kurslarda iştirak edib, amma imtahandan keçməyib.

Frankfurt "Ayntraxt"ının sabiq meneceri nəzər və praktiki mövzuda sualları düzgün cavablandırmayıb.

Onunla yanaşı, "Şamaxı"nın sabiq baş məşqçisi Sənan Qurbanovun da "Pro" lisenziyası almadığını xatırladaq.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti