“Sumqayıt”a hər zaman sevgim olub, özümə hörmət görmüşəm”

5 Oktyabr 2022 20:40 Sumqayıt 978
“Sumqayıt”a hər zaman sevgim olub, özümə hörmət görmüşəm”

“Sumqayıt”a hər zaman sevgim olub.

Çünki özümə qarşı hər zaman sevgi və hörmət görmüşəm”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin və “Sumqayıt”ın sabiq müdafiəçisi Şəhriyar Əliyev deyib.

2018-2020-ci illər aralığında “Sumqayıt”ın formasını geyinməklə bu komanda ilə ölkə kubokunun gümüş medalını qazanan, bu ilin iyunundan “Turan Tovuz”un uğurları üçün tər axıdan arxa xətt oyunçusu bunları söyləyib:

“Vaxtilə “Sumqayıt”da Ayxan Abbasovun rəhbərliyi altında oynamışdım. Bu dəfə hər ikimiz Sumqayıta rəqib qismində gəlmişdik.

Həqiqətən çox xoş idi. Bəzən hansısa komandadan ayrılan inciklik olur. Amma… Futbolçu kimi artırmağımda “Sumqayıt”ın üzərimdə böyük əməyi olub.

Tovuzlu azarkeşlərimiz Sumqayıtda da bizi tək qoymamışdı. 450 kilometr yolu qət edib komandanı dəstəkləməyə gəlmişdi.

Buna görə hər birinə təşəkkür edirəm. Hər iki komandanın fanatları stadionda möhtəşəm ab-hava yaratmışdı”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti