Samir Abasova kim zamin dayanıb? – O, söz verib ki…

4 Oktyabr 2022 15:00 Sumqayıt 742
Samir Abasova kim zamin dayanıb? – O, söz verib ki…

«Sumqayıt»ın yeni baş məşqçisi Samir Abasov üzərinə bir sıra öhdəliklər götürüb.

Dörd ay öncə «Neftçi»dən ayrılan çalışdırıcı bundan sonra mediaya açıqlamalarında diqqətli olacaq.

Həmişə fikirlərini açıq ifadə etmiş mütəxəssis indən belə ehtiyatını əldən verməyəcək, funksionerlər və futbolçular haqda sərt fikirlər səsləndirməyəcək.

Həmçinin yönəticilərə nə sözü olarsa, onu mətbuat vasitəsilə bildirməyəcək. Bütün məsələlər klubdaxili toplantılarda müzakirə olunacaq və ictimaiyyətdən qapalı saxlanılacaq.

Klubun yeni idman direktoru Faiq Hacı-Məhərrəmov bu kimi halların yaşanmayacağına zamin dayanıb.

Samir Abasovun görəvə gəlməsi üçün çox səy göstərmiş idarəçi rəhbərliyə bildirib ki, o, «Neftçi»də olduğu kimi, burada hnç bir qalmaqallı hərəkətə yol verməyəcək, «yuxarı»nı qıcıqlandıracaq açıqlamalarla gündəmə gəlməyəcək.

SPORTİNFO.AZ

Xəbər Lenti