Bu bəd duanı kim edibsə…

3 Oktyabr 2022 15:00 Sumqayıt 512
Bu bəd duanı kim edibsə…

Aleksey Baqa 10 gün olar ki, «Sumqayıt»ı tərk edib.

Ruhu isə hələ də «gənclik şəhəri»nin səmasınla dolaşır.

Bəd duadır, nədir, «Sumqayıt» qol vura bilməmək sindromundan heç cür qurtara bilmir. Fərqlənmək üçün fürsət yaxalamırlar ey!

«Sumqayıt» Premyer Liqanın cari mövsümünün ən az fərqlənən iştirakçısıdır. Səkkiz həftədə cəmi 1 dəfə qol sevinci yaşayıblar, onu da penalti zərbəsindən.

Bu, bədbəxtçilikdir, anomallıqdır.

Samir Abasovun 4 illik fasilədən sonra dönüşünün komandaya təsiri hələlik 1-2 faizdən o yana keçmir. Doğrudan da, adama vaxt lazımdır. Azı 2-3 ay. Mən azı 2-3 ay deyirəm a… Bəlkə bu da bəs eləmədi heç.

Baqa «Sumqayıt»ı korlayıb, qara günə qoyub. Belaruslu nə iş görübsə, hamısı kollektivə ziyan verib.

Ayxan Abbasovun 4 ilə yaxın müddətdə min bir əziyyətlə qurduğu komandadan bu 10 ayda əsər-əlamət yoxdur, hayı gedib, vayı qalıb.

Doğma şəhərdə, dolu tribunalar önündə «Kəpəz»i qəbul elə, amma nəsə edə bilmə - əsl faciədir e, bu!

Samir Abasovun işi həmişəkindən çoxdur. Məşəqqətli və gərgin iş gözləyir onu.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti