"Əhval-ruhiyyəmiz bir az yaxşı deyildi" - Samir Abasov

2 Oktyabr 2022 20:30 Sumqayıt 897
"Əhval-ruhiyyəmiz bir az yaxşı deyildi" - Samir Abasov

Azərbaycan Premyer Liqasının VIII turunda keçirilən "Sumqayıt" - "Kəpəz" matçından (0:0) sonra meydan sahibi baş məşqçisi Samir Abasov jurnalistlərin suallarını cavablandırdı.

Sportinfo.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:

- İlk oyundur, nə deyim. Heç 10 gün deyil birlikdəyik. Əhval-ruhiyyəmiz bir az yaxşı deyildi. 7 oyun idi komanda qələbə qazana bilmirdi. Oyuna baxanda, üstünlük zaman-zaman hər iki tərəfdə olurdu. Uduza da bilərdik. İşimiz çoxdur. Inşallah, bunun öhdəsindən gəlməyə çalışacağıq. Gözləntilərin böyük olduğunu başa düşürəm. Hər şey anidən dəyişəsi deyil. Vaxt lazımdır. Futbolçuları əzmkarlığına görə təbrik edirəm.

- Komandanın problemli mövqeləri hansılardır və bunun üçün dəyişikliklər etməyi düşünürsüz?
- Bütün komandalar güclənmək istəyir. Hücumçularımızın ikisi zədəlidir. Komandanın oyununu düzəltməliyik. Oyunçulara ehtiyac var. Bununla bağlı rəhbərliklə də tez-tez danışacağıq. Bu gün meydanda hücumçumuz yox idi. Yüksək ritmdə, sürətli oynamalıyıq. Bunu düzəltmək üçün vaxta ehtiyacımız var.

- Müqavilənizdə mətbuat konfranslarında ehtiyatlı danışmağınızla bağlı bir maddə var?
- Ehtiyatlı danışıram (gülür).

"Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov: "Xeyr, müqavilədə belə maddə yoxdur".

Digər Xəbərlər
Xəbər Lenti