Qurbanovun köməkçisi ilə futbolçular arasında gərginlik – Getmək istəyir

29 Sentyabr 2022 15:00 Sumqayıt 1 671
Qurbanovun köməkçisi ilə futbolçular arasında gərginlik – Getmək istəyir

«Səbail»in məşqçilər korpusunda ayrılıq gündəmə gəlib.

Mahmud Qurbanovun köməkçilərindən Tofiq Mustafayevin buradan ayrılması gözlənilir.

Vaxtilə «Xəzər Lənkəran» və «Neftçi»də uğurla çalışmış təcrübəli mütəxəssislə futbolçular, xüsusən legionerlər arasında münasibətlər gərgindir.

Mustafayev verilən tapşırıqları lazımı səviyyədə yerinə yetirməyən oyunçulara dəfələrlə xəbərdarlıq və mübahisə edib. «Sözlü atışma»nın dava-dalaşa çevrilməsinin qarşısı isə bir neçə dəfə çətinliklə alınıb.

Mahmud Qurbanov «Xəzər Lənkəran»da bir yerdə işlədiyi əsas yardımçısının Bayıl klubundan ayrılmasını istəmir.

Sadəcə, Zaur Ramazanovla birgə ona kömək edən Tofiq Mustafayevi burada saxlamaq asan məsələyə oxşamır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti