Azərbaycan klubundan ayrılan baş məşqçi yığmaya namizəd oldu

28 Sentyabr 2022 14:20 Sumqayıt 1 857
Azərbaycan klubundan ayrılan baş məşqçi yığmaya namizəd oldu

"Sumqayıt"ın sabiq baş məşqçisi Aleksey Baqa Belarus yığmasına rəhbərlik edə bilər.

Sportinfo.az xəbər verir ki, iddianı yerli “Pressball” qəzeti irəli sürüb.

41 yaşlı mütəxəssisin bu posta namizəd olduğu bildirilib. Baqadan başqa digər namizəd "Minsk"in baş məşqçisi Vadim Skripçenkodur.

Aleksey Baqa 2021-ci ilin dekabrında "Sumqayıt"ın baş məşqçisi təyin olunmuşdu. Klub sentyabrın 21-də onunla müqaviləni qarşılıqlı razılıq əsasında ləğv edib.

Belarus UEFA Millətlər Liqasında Azərbaycan seçməsi ilə eyni qrupda mübarizə aparıb. Komanda qrupu 3 xalla sonuncu pillədə başa vuraraq D Liqasına düşüb.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!