Gürcüstan yığmasının sabiq baş məşqçisinin Azərbaycan klubu ilə anlaşması niyə pozulub?

28 Sentyabr 2022 09:40 Sumqayıt 1 208
Gürcüstan yığmasının sabiq baş məşqçisinin Azərbaycan klubu ilə anlaşması niyə pozulub?

Vaxtilə ölkəmizdə «Standart» və «İnter»i (indiki «Şamaxı») çalışdırmış Kaxaber Sxadadzenin Azərbaycana üçüncü qayıdışının son anda gerçəkləşməməsinin səbəbləri bəlli olub.

Aleksey Baqanı yola salan «Sumqayıt» Samir Abasovdan öncə gürcü mütəxəssislə şifahi anlaşıb.

O, «kimyaçılar»ın birillik müqavilə və bu müddətdə qazanacağı məbləğlə bağlı təklifini qəbul edib. Gürcüstan yığmasının sabiq sükançısı hər ay 10 min dollar qarşılığında görəvə gəlməyə razılaşıb.

Bir müddət əvvəl Tbilisi «Dinamo»sundan ayrılan məşqçi ölkə kubokunu qazanmaq tələbinə də «yox» deməyib.

Sadəcə, transfer çalışmaları ətrafında tərəflər arasında fikir ayrılıbı yaranıb. Sxadadze komandaya minimum 5 legioner cəlb edəcəyini bildirincə, danışıqlar finiş mərhələsinə çatmadan bitib.

SPORTİNFO.AZ

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!