Premyer Liqa klubundan ayrıldı, ölkəsinə getmədi, Bakıda yaşamağa üstünlük verdi

27 Sentyabr 2022 16:00 Sumqayıt 4 832
Premyer Liqa klubundan ayrıldı, ölkəsinə getmədi, Bakıda yaşamağa üstünlük verdi

Ötən həftə “Sumqayıt”la ikiillik müqaviləyə vaxtından əvvəl xitam verən Aleksey Baqa hələ Azərbaycanı tərk etməyib.

“Kimyaçılar”la sözləşməsini ikitərəfli razılaşma əsasında sonlandıran baş məşqçinun burada nə qədər qalması ailəsindən və alacağı yeni təklifdən asılıdır.

“Gənclik şəhəri” təmsilçisi belaruslu mütəxəssisə təzminat olaraq 3 aylıq maaşını ödəməyi öz üzərinə götürüb. Həmçinin qarşıdakı 3 ay üçün kirayə qaldığı evin pulunu da klub verəcək.

Baqanın ailəsi Bakıda yaşayır. Həyat yoldaşı burada gimnastika üzrə məşqçi işləyir. Qızı isə yenicə orta məktəbdə oxumağa başlayıb.

Məşqçinin ailə üzvləri Bakıda özlərini çox rahat və xoşbəxt hiss edir. Onlar Belarusa qayıtmağa həvəs göstərmir.

Baqa da yaxınlarını tək buraxıb, vətənə dönmək istəmir. Ölkəsindən və ya başqa yerdən təklif gələnədək, yəni, minimum carı ilun sonundək Azərbaycanda yaşamağı qərarlaşdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti