Samir Abasov yeni iş yerində özünə 6 köməkçi götürdü

27 Sentyabr 2022 09:40 Sumqayıt 1 167
Samir Abasov yeni iş yerində özünə 6 köməkçi götürdü

“Sumqayıt“ Samir Abasovun rəhbərliyi altında ilk məşqə çıxıb.

Yeni çalışdırıcının məşqçilər korpusunda 6 nəfər yer alıb.

Onlardan Seymur Rəhimov, Vəfadar Quliyev və Mübariz Orucov əvvəllər də Abasovla çalışıb.

Aleksey Baqa ilə işləmiş 3 yardımçı da burada işini davam etdirir. Fiziki hazırlığa məsuliyyət yenə Qoran Başiçin üzərinə düşür.

Emil Babayev əvvəlkitək qapıçılarla çalışacaq. Rail Məlikov isə seleksiya ilə məşğul olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!