"Sumqayıt" Samir Abasovdan nə tələb edir, nə söz verir?

26 Sentyabr 2022 09:20 Sumqayıt 1 016
"Sumqayıt" Samir Abasovdan nə tələb edir, nə söz verir?

Aleksey Baqa ilə vidalaşan «Sumqayıt» yeni baş məşqçisinin adını bu gün-sabah açıqlayacaq.

Redaksiyamıza daxil olan məlumata görə, klub rəhbərliyi növbəti dəfə Samir Abasovla görüşüb.

Mayda «Neftçi»dən ayrılan çalışdırıcı ilə danışıqlar son fazaya daxil olub. Tərəflər müqavilənin müddəti (3 il) və məbləği (illik 150 min manat) ilə bağlı razılıq əldə edib.

Açıq qalan mövzu qarşıya qoyulan hədəflər və seleksiya işi ilə bağlıdır. «Kimyaçılar» Abasovdan cari mövsümdə kuboku qazanmağı istəyib.

O, bu məsuliyyəti öz üzərinə götürsə, xidmətində maraqlı olmadığı futbolçuları qış fasiləsində düşərgədən göndərmək səlahiyyətinə də yiyələnəcək.

Həmçinin ona məşqçi korpusunu tamamilə yeniləmək haqqı tanınacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti