Azərbaycan klubunun azarkeşləri bu məşqçi üçün AYAĞA QALXDI!

24 Sentyabr 2022 20:40 Sumqayıt 2 884
Azərbaycan klubunun azarkeşləri bu məşqçi üçün AYAĞA QALXDI!

Gözlənildiyi kimi “Sumqayıt” baş məşqçisi ilə yollarını ayırdı.

Ötən mövsümün qış fasiləsində Ayxan Abbasovun yerinə gətirilən Aleksey Baqaya klubun qapıları göstərilib.

“Sumqayıt”da çalışdığı dönəmdə komandaya 8 əcnəbi futbolçunun gətirilməsinə nail olan 41 yaşlı mütəxəssis Premyer Liqada ümidləri doğrultmadı.

Rəhbərlik etdiyi kollektiv 7 oyunda aktivinə cəmi 3 xal yazdı ki, rəhbərliyin bundan razı qalmadığı gün kimi aydın idi.

Klubun “feysbuk” səhifəsində Baqanın ayrılıq xəbəri yayılan kimi azarkeşlər həmin paylaşıma “hücuma keçib” ki, məqsəd klub rəhbərliyinə yeni namizədin kimliyini çatdırmaqdır.

Bu da sumqayıtlı fanatların klub prezidentindən tələbi:

“Samir Abasov gətirilsin və onunla azı 5 illik müqavilə bağlanılsın”.

“Samir Abasovu gətirmək lazımdır”.

“Samir Abasovu gətirin, öz sumqayıtlımızı”.

“Samir Abasovu gətirin, “mujik” adamdır”.

“Samir Abasov gətirilsin. Pis-yaxşı o idi”.

“Sumqayıt” ən gözəl oyunlarını Samir Abasovun dönəmində oynamışdı”.

“Samir Abasov boşdur və dəyərli məşqçidir. Gətirməyə dəyər”.

“Samir Abasov gəlməlidir, vəssalam!”

Samir Abasov 2015-ci ilin oktyabrından 2018-ci ilin mayına qədər “Sumqayıt”ı çalışdırıb. O, bu ilin mayında “Neftçi”dən ayrılandan sonra işsizdir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu