Azərbaycan klubuna lazım olmayan məşqçi “Şaxtyor”a 2 tələb irəli sürdü

24 Sentyabr 2022 09:40 Sumqayıt 3 527
Azərbaycan klubuna lazım olmayan məşqçi “Şaxtyor”a 2 tələb irəli sürdü

Üç gün öncə “Sumqayıt”dan ayrılan Aleksey Baqa Belarusdan yeni təklif alıb.

“Şaxtyor” 41 yaşlı mütəxəssisin xtdmətində maraqlıdır.

Sergey Taşuyevlə yollarını ayırmış Soliqorsk təmsilçisi onunla danışıqlara start verib. Vaxtilə “Şaxtyor”da çalışmış Baqa bu dönüşün əleyhinə deyil.

Əslində, qarşı tərəf ilk təklifi 1 ay öncə göndərib. Sadəcə, Baqa həmin vaxt Azərbaycanı tərk etmək istəmədiyindən, soliqorskluların çağırışına müsbət yanaşmayıb.

İndi isə onun başqa tələbləri var. Ölkəmizdə uğursuz nəticələriylə yadda qalan belaruslu “Şaxtyor”dan 2 illik müqavilə istəyib.

Üstəlik, transfer məsələlərinə aid bütün səlahiyyətlərin ona verilməsini şərt olaraq irəli sürüb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
5 İyul 16:00 10-cu AYRILIQ XƏBƏRİ
5 İyul 08:20 Quliyev Serbiya yolunda