Daha bir əcnəbi məşqçi Azərbaycan klubundan getdi

23 Sentyabr 2022 14:40 Sumqayıt 1 130
Daha bir əcnəbi məşqçi Azərbaycan klubundan getdi

Aleksey Baqanın ardınca daha bir məşqçi «Sumqayıt»ı tərk edib.

Bu, belaruslu sabiq çalışdırıcının əsas köməkçisi Valerii Tarasenkodur.

Ukraynalı yardımçıdan fərqli olaraq, digər şəxslər öz fəaliyyətini davam etdirir.

Komanda hazırda Rail Məlikova tapşırılıb. Müvəqqəti olaraq baş məşqçi səlahiyyətlərini yerinə yetirən keçmiş müdafiəçi ilə yanaşı, Qoran Başiç, Mehman Yunusov və Emil Babayev iş başındadır.

SPORTİNFO.AZ

Xəbər Lenti