Baqa "Sumqayıt"dan belə yola salındı - MARAQLI VİDEO

23 Sentyabr 2022 22:20 Sumqayıt 1 167
Baqa "Sumqayıt"dan belə yola salındı - MARAQLI VİDEO

Mövsümə uğursuz start verən "Sumqayıt"ın son məşqlərindən birində maraqlı hadisə yaşanıb.

Belə ki, qazaxıstanlı legioner Rifat Nurmuqmet azyaşlı oğlunu özü ilə bərabər məşqə gətirib.

Bütün komanda körpənin başına yığılıb və onun üçün əyləncəli oyun təşkil olunub.

Öncə kapitan Vurğun Hüseynov uşağın ayaqlarını iplə bağlayıb. Bir qədər öndə isə pul kisəsi, top və kitab qoyulub. Ki, uşaq hansı əşyaya doğru getsə, deməli, gələcək həyatında da ona daha çox meyl etmiş olacaq.

Belaruslu mütəxəssis Aleksey Baqanın ipi kəsməsindən sonra önündəki əşyalara doğru irəliləyən Rifatın oğlu pul qabına və kitaba yox, topa yaxınlaşıb.

Hər halda futbolçu övladı başqa cür də addım ata bilməzdi. Uşağın hərəkətləri Baqa və futbolçuların gülüşü ilə müqayiət olunub.

Məhz bu hadisənin yaşandığı məşqdən bir gün sonra əcnəbi mütəxəssis “Kimyaçılar”ın sükanı arxasından istefaya göndərilib.

Onun rəhbərliyi altında komanda arxada qalan 7 turda cəmi 2 xal toplayıb və 1 qol vura bilmişdi.

Yuxarıda haqqında bəhs etdiyimiz hadisənin videosunu isə buradan izləyə bilərsiniz:

XANOĞLAN / SPORTİNFO.AZ

Vdeonu bu linkə daxil olaraq izləyə bilərsiz

Digər Xəbərlər
Xəbər Lenti