Premyer Liqa klubu əcnəbi baş məşqçi ilə anlaşdı – SON DƏQİQƏ

22 Sentyabr 2022 09:40 Sumqayıt 2 955
Premyer Liqa klubu əcnəbi baş məşqçi ilə anlaşdı – SON DƏQİQƏ

«Sumqayıt» yeni baş məşqçisinin kimliyini müəyyənləşdirib.

Bu barədə klubdan Sportinfo.az-a məlumat daxil olub.

Redaksiyamıza verilən informasiyaya görə, Aleksey Baqanı əcnəbi həmkarı əvəzləyəcək. Yüksək əməkhaqqı tələb irəli sürməsi səbəbindən Samir Abasovla anlaşa bilməyən «kimyaçılar» üzünü ölkə xaricinə çevirib.

Belaruslu mütəxəssisin yerinə gələcək çalışdırıcı yaxın günlərdə Azərbaycana təşrif buyuracaq.

Baqa ilə müqaviləni qarşılıqlı razılaşma əsasında pozan «gənclik şəhəri» təmsilçisi yeni sükançısıyla 1+1 illik kontrakt şərtlərini razılaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi
20 Dekabr 00:30 "Qarabağ"dan 3 XƏBƏR