"Sumqayıt" xəbərimizi təsdiqlədi, komanda bu məşqçiyə tapşırıldı

21 Sentyabr 2022 12:40 Sumqayıt 3 089
"Sumqayıt" xəbərimizi təsdiqlədi, komanda bu məşqçiyə tapşırıldı

“Sumqayıt” baş məşqçisi Aleksey Baqa ilə yollarını ayırıb.

Klubun rəsmi saytı Sportinfo.az-ın yaydığı xəbəri təsdiqləyib.

Bildirilib ki, 41 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Klub belaruslu baş məşqçiyə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb.

Aleksey Baqa 2021-ci ilin dekabrında baş məşqçi təyin olunmuşdu. "Sumqayıt" cari mövsüm Premyer Liqada 7 oyundan sonra 3 xalla 9-cu pillədə qərarlaşıb. Komanda bu 7 oyunda cəmi 1 qol vurub.

Baqa ilə vidalaşan «Sumqayıt» yeni baş məşqçi axtarışlarını yaxın günlərdə tamamlayacaq. Belaruslı çalışdırıcı ilə əməkdaşlığa son qoyan «kimyaçılar» komandanı hələlik onun köməkçisinə – Rail Məlikova tapışırıb.

Onu bildirək ki, «Sumqayıt»ın gündəmində həm yerli, həm də əcnəbi mütəxəssislər yer alıb.

Mayda «Neftçi»dən ayrılan Samir Abasov, həmçinin Zaur Həşimov və Aftandil Hacıyev də namizədlər sırasındadır.

Digər Xəbərlər
Xəbər Lenti