Azərbaycan klubunda baş məşqçi istefası – SON DƏQİQƏ

21 Sentyabr 2022 10:40 Sumqayıt 3 829
Azərbaycan klubunda baş məşqçi istefası – SON DƏQİQƏ

Az öncə Premyer Liqada ikinci baş məşqçi istefası gerçəkləşib.

Aleksey Baqa «Sumqayıt»dan ayrılıb.

Ötən ilin dekabrında Ayxan Abbasovun yerinə gətirilən belaruslu bir qədər əvvəl komanda üzvləri ilə görüşüb və onlarla sağollaşıb.

41 yaşlı mütəxəssis bura uğur qazanmaq üçün gəldiyini, lakin işlərini heç cür qaydasına sala bilmədiyini bildirib.

«Kimyaçılar» bu mövsüm 7 rəsmi oyuna çıxıb.

Premyer Liqada keçirdiyi qarpşılaşmalarda 4 məğlubiyyətə uğrayan «gənclik şəhəri» təmsilçisi 3 dəfə heç-heçə edib. Cəmi 1 qol vuran komanda 3 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

Daha əvvəl «Kəpəz»in Yaşar Vahabzadə ilə vidalaşmasını, bu posta Tərlan Əhmədovu gətirməsini xatırladaq.

SPORTİNFO.AZ

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!