Premyer Liqa klubunda təcili toplantı – İstefa məsələsi masada

19 Sentyabr 2022 09:40 Sumqayıt 1 651
Premyer Liqa klubunda təcili toplantı – İstefa məsələsi masada

Bu gün «Sumqayıt»da növbəti iclas keçiriləcək.

Gündəliyə bir məsələ daxildir – baş məşqçinin istefaya göndərilib-göndərilməməsi.

Klub rəhbərliyindən hər cür dəstək alan, amma ümidləri doğrultmayan Aleksey Baqanın işindən azad olunması gözlənilir.

Premyer Liqanın ilk 7 turunda qələbə qazana bilməyən belaruslu çalışdırıcı ilə müqaviləyə, böyük ehtimalla, birtərəfli qaydada xitam veriləcək və bunun üçün ona müəyyən miqdarda təzminat ödəniləcək.

Hərçənd Baqa və ailəsi hələ Azərbaycanı tərk etmək istəmir.

Bizə o da məlumdur ki, baş məşqçinin postunda saxlanılması üçün müxtəlif dairələrdən klub rəhbərliyinə xahiş tipli zənglər də gəlib. Ona minimum qış fasiləsinədək vaxt verilməsi istənilib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti