Bu gün gedir, sabah gedir – Bəs nə vaxt gedir?

18 Sentyabr 2022 18:00 Sumqayıt 759
Bu gün gedir, sabah gedir – Bəs nə vaxt gedir?

Bu gün gedər, sabah gedər. Sabah getməz, birisigün gedər.

Aleksey Baqanın «Sumqayıt»la haqq-hesabı dönüb buna.

Keçən ilin dekabrından burada lövbər salan belaruslu baş məşqçi karyerasının ən pis, ən bərbad dönəmini yaşayır.

Vaxt var idi, BATE ilə Çempionlar Liqasında «at oynadırdı», Azərbaycanda isə nəinki at, heç bayquş da oynada bilmir.

İstənilən məşqçi gələndə, komandada yeni nəfəs duyulur. Hansısa bir formada. Futbolçular ona özünü göstərmək istəyir, özünü oda-közə vurur.

Məşqçi də tədricən öz sistemini tərcih etməyə başlayır, onlara yeridir. Baqa 10 aydadır, «Sumqayıt»ı 1 addım irəli aparmayıb. Əksinə, 10 addım arxaya gedibər.

Belaruslu azarkeşlərin Qəbələdəki oyundan zövq aldığını iddia edirsə, day mənim ona heç bir sözüm yoxdur. «Sumqayıt»ın oynadığı futboldursa, demək mən futboldan heç nə anlamıram.

Bir normal hücum qura bilməyən, 2-3 ötürmədən sonra «pas zəncir»i qırılan, qapıya ilk dəqiq zərbəni endirmək üçün az qala 1 il fürsət arıyan komanda azarkeşə zövq yox, əzab verir,

Baqa! Taktika və heyət seçimi sabit olmayan baş məşqçi həmişə uğura möhtac qalar. Bu, futbolçulara zillət verməkdir, onları mənəvi cəhətdən sındırmaqdır, əzməkdir.

Bəlkə də Baqa bundan zövq alır və müvəffəqiyyət qazana bilməməsinin günahını komandasının fərdlərinin üzərinə atır.

Mətbuat konfransında necə dedi, bir zəhmət, diqqət yetirin:

«Q apıdan başlayaraq rəqib cərimə meydançasına ötürmələrlə irəliləməkdə, cərimə meydançasına ötürmələr etməkdə dördüncüyük. Bəli, razıyam, epizodları reallaşdırmaqda zəifik».

O, yeni gələndə belə danışmırdı. «Sumqayıt»ın 3 ay əvvəl avrokuboklarda çıxış etməsini xatırladıb, yeganə problemin psixoloji gərgnliklə əlaqədar olmasını söyləmişdi.

Arxada qalan 10 ayda futbolçuları gərginlikdən qurtara bilmədidisə, Baqa özünə məşqçi deməsin ta! Şoumen kimi bəxtini sınasa, uğur qazanar. Bu, onda daha yaxşı alınar.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti