Dəyişmək üçün bundan gözəl məqam?

20 Sentyabr 2022 23:40 Sumqayıt 543
Dəyişmək üçün bundan gözəl məqam?

"Sumqayıt" Premyer Liqanın 7-ci turunu da qələbəsiz başa vurdu.

Kifayət qədər acı durumdur. Çətin ki, Baqalı "Kimyaçılar" bundan sonra nəsə dönüş etsin.

Yəqin ki, bunun fərqində olan rəhbərlik dəyişikliyə gedəcək. Yeni baş məşqçinin gəlişi üçün münbit zəmin yaranıb.

Bu, yalnız nəticələrlə yox, həm də zaman olaraq. Ki, klublar iki həftəlik fasiləyə gedir.

Sumqayıt təmsilçisi 8-ci turun matçına 14 gündən sonra çıxacaq. Yeni məşqçinin komandanı nisbətən tanıması, formalaşdırması, öz sistemini tətbiq etməsi üçün yetərli sayılmasa da, faydalı sayılacaq müddətdir.

Bundan başqa fasilədən sonrakı rəqiblər də komanda üçün münasibdir. Öncə doğma meydanda "Kəpəz", ardınca səfərdə "Səbail"lə qarşılaşmalar var.

Həm xal yığmaq imkanı yüksəkdir, həm də fasilədə formalaşacaq sistemin üstünə qoymağa fürsətidir. Ki, sonrakı tur "Qarabağ"la oyuna daha yaxşı "Sumqayıt" meydana buraxmaq mümkün olsun.

İndi qalır hər şey rəhbərliyin nə qədər tez qərar verməsinə/verə bilməsinə. Hər keçən gün isə ziyan deməkdir. Ziyanın yarısından qayıtmaqda isə fayda var. Əgər ikinci yarıdan getmirsə...

XANOĞLAN İMANOV

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!