"Sumqayıt"da baş məşqçi postuna YENİ NAMİZƏD

18 Sentyabr 2022 09:40 Sumqayıt 2 315
"Sumqayıt"da baş məşqçi postuna YENİ NAMİZƏD

"Sumqayıt" yeni baş məşqçi dəyişikliyinin astanasındadır.

Düzdü, Aleksey Baqa ilə yollar hələ də ayrılmayıb. Amma bu, an məsələsidir.

Artıq "Kimyaçılar"da onun yerinə namizəd mütəxəssislər də var.

Daha əvvəl Samir Abasov və Aftandil Hacıyevin namizədliyi barədə məlumat vermişdik. Siyahıya daha bir çalışdırıcının adı da əlavə olunub.

Bu, sonuncu dəfə 2019/20 mövsümündə "Zirə"ni baş məşqçi kimi çalışdıran Zaur Həşimovdur.

PRO kateqoriyalı mütəxəssis paytaxt təmsilçisindən əvvəl "Qəbələ"də çalışıb.

Həşimov həm də Sumqayıt futbolunun yetirməsidir.

Rəhbərlik hələki adıçəkilən mütəxəssislərdən heç biri ilə təmasa keçməyib.

Amma belaruslu çalışdırıcı ilə yollar ayrılan kimi yuxarıda adı çəkilən namizədlərlə aktiv danışıq mərhələsinə start veriləcək.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti