Premyer Liqada gözlənilən istefa və ikinci namizədin adı bilindi

16 Sentyabr 2022 17:00 Sumqayıt 2 409
Premyer Liqada gözlənilən istefa və ikinci namizədin adı bilindi

Tezliklə “Sumqayıt”dan ayrılması gözlənilən Aleksey Baqanı əvəzləməyə namizəd olan ikinci məşqçinin kimliyi müəyyənləşib.

Bu ilin mayında “Səbail”də ayrılan Aftandil Hacıyev “kimyaçılar”ın gündəminə daxil olub.

Bildiyimizə görə, o, “gənclik şəhəri” təmsilçisinin sükanı arxasına keçməyə razılıq verib.

Dörd aya yaxındır “Neftçi”dən gedən Samir Abasov da “Sumqayıt”a göz dikib. Aleksey Baqanın yeni mövsümə uğursuz başlaması onda keçmiş iş yerinə qayıdacağına ümid yaradıb.

2014-2018-ci illərdə “kimyaçılar”ın sükanı arxasında dayanmış mütəxəssis belaruslu həmkəranı əvəzləməyə hazır olması haqda rəhbərliyi məlumatlandırıb.

O, bununla da kifayətlənməyib, şəhər adminstrasiyasını və AFFA təmsilçilərini də bu işə qoşub.

Komandanı düşdüyü vəziyyətdən çıxaracağını vəd edən Abasov hələlik klub rəsmiləri ilə görüşə bilməyib. Və deyəsən, hələ bir müddət də gözləməli olacaq. Çünki “Sumqayıt” başbilənləri yenə də Baqaya dəstək vermək fikrindədir.

Baqanın buradakı gələcəyinə sentyabrın 17-də aydınlıq gələcək.

“Kimyaçılar” həmin gün Premyer Liqanın 7-ci turu çərçivəsində “Qəbələ”nin qonağı olacaq və səfərdə qeydə alınacaq nəticə belaruslunun müqəddaratını müəyyənləşdirəcək.

“Gənclik şəhəri” təmsilçisi ötən 6 turda qələbəyə möhtac qalmayıb. Cəmi 3 xal toplayan komanda turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.

Baqa istefanın biraddımlığında olmasından halidir. Bunu futbolçular da hiss edir. Baş məşqçinin gündəlik məşq prosesi zamanı kefsiz görünməsi onların diqqətindən yayınmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti