Azərbaycanda baş məşqçiyə ayın 17-dək vaxt verildi

14 Sentyabr 2022 16:20 Sumqayıt 1 085
Azərbaycanda baş məşqçiyə ayın 17-dək vaxt verildi

“Sumqayıt”ın baş məşqçisi Aleksey Baqanın buradakı gələcəyinə sentyabrın 17-də aydınlıq gələcək.

“Kimyaçılar” həmin gün Premyer Liqanın 7-ci turu çərçivəsində “Qəbələ”nin qonağı olacaq və səfərdə qeydə alınacaq nəticə belaruslunun müqəddaratını müəyyənləşdirəcək.

“Gənclik şəhəri” təmsilçisi ötən 6 turda qələbəyə möhtac qalmayıb. Cəmi 3 xal toplayan komanda turnir cədvəlinin 8-ci pilləsində məskunlaşıb.

Baqa istefanın biraddımlığında olmasından halidir. Bunu futbolçular da hiss edir. Baş məşqçinin gündəlik məşq prosesi zamanı kefsiz görünməsi onların diqqətindən yayınmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti