Azərbaycan klubu ayrılığın biraddımlığında - GÜNDƏM

13 Sentyabr 2022 15:00 Sumqayıt 2 064
Azərbaycan klubu ayrılığın biraddımlığında - GÜNDƏM

Bu gün-sabah daha bir klubda baş məşqçi istefası qeydə alınacaq.

Aleksey Baqa Yaşar Vahabzadədən estafeti qəbul etməyə ən potensial namizəddir.

Vidaya bir şey qalmayıb, ayrılacaq.

Ya vəlvələdən, ya zəlzələdən, belaruslunun Azərbaycan karyerası alınmadı. Amma Baqanın məşqçi portretini tamamən qara fırça ilə çəkməməliyik.

Üç ölkədə – Belarus, Qazaxıstan və Litvada çempionluq sevinci yaşayıb, bu cür keçmişi olan məşqçiyə istənilən halda sayğı ilə yanaşmalıyıq.

Azərbaycan futbolu spesifikdir. Hər əcnəbi mütəxəssis bizim Premyer Liqada baş çıxara bilməz.

Düzdür, çempionatımızın statusu yüksək deyil, sadəcə, özəlliklər çoxdur və qarantiya yoxdur ki. hansı dünya şöhrətli məşqçi ölkəmizə gəlsə, yüz faiz uğur qazanacaq.

Premyer Liqadan bəzən fələk də baş açmır, qarışıq və mürəkkəb bir platforması var.

Mustafa Dənizli, Mirça Rednik, Vlastimil Petrjela kimi reytinqli çalışdırıcılar Azərbaycana hay-hayla gəlsələr də, vay-vayla gediblər.

Baqanın uğradığı fiasko bu mənada bir gerçəkdir, təəccüblənmək yersizdir.

Heç şübhəsiz, «Sumqayıt»da yaşadıqları Baqa üçün yaxşı təcrübədir.

Burada üzləşdiyi uğursuzluğun səbəblərini, nöqsanlarını götür-qoy etmək üçün hələ bir müddət vaxtı olacaq.

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti