«Sumqayıt»da iclas keçirilib.
Toplantıda komandanın cari mövsümdəki çıxış geniş müzakirə olunub.
Premyer Liqanın ilk 6 həftəsində qələbə qazana bilməyən və yalnız 1 qol vuran kollektivin nəticələri qeyri-kafi hesab olunub.
Həmçinin Aleksey Baqanın fəaliyyətinə mənfi qiymət verilib. Saatlarla davam edən yığıncaqda baş məşqçinin işini lazım səviyyədə qurmadığı, futbolçuların potensialından lazımınca istifadə etmədiyi qeyd olunub.
Belaruslu mütəxəssisin istefaya göndərilməsi təklifləri səsləndirilib.
Klubun prezidenti Riad Rəfiyev ötən müddət ərzində Aleksey Baqaya hər cür dəstək verdiklərini xatırladıb, bununla belə, tələsik qərar çıxarmaq istəmədiyini vurğulayıb.
O, 41 yaşlı çalışdırıcıya daha bir şans tanımaq niyyətində olduğunu bildirib.
SPORTİNFO.AZ

