“Sumqayıt” rəhbərliyi baş məşqçiyə və futbolçulara bu cür dəstək oldu

9 Sentyabr 2022 17:40 Sumqayıt 1 019
“Sumqayıt” rəhbərliyi baş məşqçiyə və futbolçulara bu cür dəstək oldu

Premyer Liqaya arzuladığı kimi start verməyən “Sumqayıt”, nəhayət, bu həftə uğursuzluq zolağından çıxacağına böyük ümid bəsləyir.

Sentyabrın 11-də “Şamaxı”nı qəbul edəcək “kimyaçılar” qarşıdakı matça səylə hazırlaşır.

“Gənclik şəhəri” təmsilçisi cari mövsümdə ilk 3 xalını qazanarsa, futbolçularının hər birinə 1000 manat civarında mükafat ödəyəcək.

Artıq Aleksey Baqa da bir qədər rahatdır. Rəhbərlik baş məşqçiyə növbəti dəfə öz dəstəyini nümayiş etdirib.

Belaruslu mütəxəssislə komandanın vəziyyətini müzakirə edən funksionerlər ona etimad göstərdiklərini, tezliklə qələbələri sıralayacaqlarına inandıqlarını bildirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti