Samir Abasov bu klubu çalışdırmaq üçün “qollarını çırmaladı”

6 Sentyabr 2022 19:00 Sumqayıt 6 009
Samir Abasov bu klubu çalışdırmaq üçün “qollarını çırmaladı”

Bu ilin mayında “Neftçi”dən ayrılan Samir Abasov “Sumqayıt”a göz dikib.

Aleksey Baqanın yeni mövsümə uğursuz başlaması onda keçmiş iş yerinə qayıdacağına ümid yaradıb.

2014-2018-ci illərdə “kimyaçılar”ın sükanı arxasında dayanmış mütəxəssis belaruslu həmkəranı əvəzləməyə hazır olması haqda rəhbərliyi məlumatlandırıb.

O, bununla da kifayətlənməyib, şəhər adminstrasiyasını və AFFA təmsilçilərini də bu işə qoşub.

Komandanı düşdüyü vəziyyətdən çıxaracağını vəd edən Abasov hələlik klub rəsmiləri ilə görüşə bilməyib. Və deyəsən, hələ bir müddət də gözləməli olacaq.

Çünki “Sumqayıt” başbilənləri yenə də Baqaya dəstək vermək fikrindədir.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti