«Sumqayıt»ın baş məşqçisi Aleksey Baqanın «Neftçi» ilə qarşılaşmadan sonra mətbuat konfransına qatılmamasının səbəbi bilinib.
Komandasının Premyer Liqanın 5-ci turunla «ağ-qaralar»a 0:3 hesablı məğlubiyyətindən pərişan olan belaruslu çalışdırıcı özünü pis hiss edib və klub funksionerlərinə «mən evə gedirəm, jurnalistlərə deməyə sözüm yoxdur» söyləyib.
Belədə köməkçisi Rail Məlikov media mənsublarının suallarını cavablandırmalı olub.
SPORTİNFO.AZ

